05 Iyul 2019 17:51
619
DÜNYA
A- A+

Moskvada quldurluqla məşğul beş nəfər FTX əməkdaşı saxlanılıb


Moskva Qarnizonu Hərbi Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) beş əməkdaşının həbs olunması və onlardan daha ikisinin ev həbsində saxlanılması barədə qərar verib. FTX əməkdaşları quldurluqda ittiham edilirlər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə İstintaq Komitəsinin FTX əməkdaşlarının quldurluq əməlləri ilə bağlı saxlanılmasına dair iddiasını təmin edib. Onların barəsində Cinayət Məcəlləsinin mütəşəkkil qrup tərəfindən quldurluq əməli maddəsi ilə cinayət işi açılıb.

Rusiya FTX iyulun 2-də də Rusiya Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat zamanı FTX orqanlarında xidmət edən iki hərbi qulluqçunun saxlanıldığını bildirmişdi. Sonuncu əməliyyat nəticəsində həbs olunanların üç nəfəri "Alfa” xüsusi təyinatlı hissənin, bir nəfəri isə "Vımpel” xüsusi təyinatlı dəstənin əməkdaşlarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video