Alternative content

07:36 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xarici universitetlərdə tədqiqat aparan UNEC alimlərinin əmək haqları saxlanılacaq
Xarici universitetlərdə tədqiqat aparan UNEC alimlərinin əmək haqları saxlanılacaq
ANA SƏHİFƏ / Təhsil
15:27 05.07.2019
UNEC-in nüfuzlu xarici universitetlərdə 1 il müddətinədək tədqiqat aparmaq üçün dəvət alan professor-müəllim heyətinin tədqiqat apardıqları müddətdə əmək haqlarının saxlanılması haqqında qaydalar təsdiqlənib.
Qaydalara əsasən, tədqiqatçının xarici universitetdə tədqiqat apardığı müddətdə UNEC-dəki iş yeri və elmi-pedaqoji fəaliyyətinə görə vəzifə maaşı saxlanılacaq.
Nüfuzlu xarici universitetlərdə tədqiqat aparmaq üçün dəvət alan şəxsin UNEC-də ən azı 3 il elmi-pedaqoji iş təcrübəsi olmalıdır. Tədqiqatın aparılacağı universitet isə dünya universitetlərinin reytinq sıralamasında (QS World University Rankings) həm ümumi, həm də ixtisas üzrə ilk 600 universitet siyahısında yer almalıdır.
Qaydalara görə, tədqiqatçının yenidən xarici universitetlərdə tədqiqat aparmaqla bağlı müraciət etməsi üçün həmin şəxs öncəki tədqiqatdan sonra UNEC-də 1 il pedaqoji fəaliyyət göstərməli, Scopus elmi bazasına daxil olan jurnallarda 3 və ya Web of Science platformasına daxil olan jurnallarda 2 məqalə nəşr etdirməlidir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM