05 Iyul 2019 15:17
605
DÜNYA
A- A+

S-400 “Triumf” zenit-raket kompleksi gələn həftə Türkiyəyə gətiriləcək


Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi bazar günü təyyarəyə yüklənəcək və gələn həftə Türkiyəyə göndəriləcək.
AZƏRTAC Habertürk telekanalına istinadla xəbər verir ki, komplekslərin quraşdırılması üçün Rusiyadan Türkiyəyə xüsusi texniki komanda gəlib. İyunun 8-də ikinci texniki qrupun da ölkəyə gələcəyi gözlənilir.
Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan "Patriot” zenit-raket kompleksləri almağı dəfələrlə tələb edib. Əks-halda, Vaşinqton Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını istisna etməyib.
Türkiyə azı 100 ədəd "F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın hələ 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 "Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib.

Uzaq məsafəli zenit-raket sistemi olan S-400 "Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul edilib. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin də silahlanmaya daxil olduğu bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video