Alternative content

23:23 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ADA Universitetinin Məzun Forumu öz işinə başlayıb
ADA Universitetinin Məzun Forumu öz işinə başlayıb
ANA SƏHİFƏ / Təhsil
12:50 05.07.2019

İyulun 5-də ADA Universitetində "PWC Azerbaijan” şirkətinin dəstəyi ilə ADA Universitetinin ikigünlük Məzun Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev forumun davamlı maarifləndirmə, innovativ yanaşma, şəbəkələşmə və yeni əməkdaşlıq üçün platforma yaratmaq məqsədilə keçirildiyini bildirib. Qeyd edib ki, ingilis dilində təhsil verən dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti təsis ediləndən bəri bakalavr və magistr proqramları üzrə 1300 nəfərdən çox məzun buraxıb. Onlardan 44-ü müxtəlif ölkələri təmsil edib.

"PWC Azerbaijan” şirkətinin partnyoru Fəxri Mustafayev çıxışında təhsil müəssisələri ilə biznes qurumları arasında güclü tərəfdaşlıq qurulmasının əhəmiyyətindən danışıb. O, ADA Universiteti ilə "PWC Azerbaijan” şirkəti arasında uğurlu partnyorluq münasibətləri olduğunu bildirib.

Sonra forumun əsas mövzusu üzrə tanınmış alim, ADA Universiteti rektorunun müşaviri, akademik Roald Saqdeyev çıxış edib. O, təqdimatında rəqəmsal texnologiyanın keçdiyi inkişaf yolu və onların universitet həyatına, müəllim və tələbələrə necə təsir edəcəyi barədə danışıb. Həmçinin müasir dövrdə süni intellekt texnologiyasının, robotların, virtual reallıq texnologiyalarının insanların işgüzar və sosial həyatına gələcəkdə mümkün təsirlərini qeyd edib. Akademik Roald Saqdeyev süni intellekt texnologiyasının daha geniş tətbiq olunduğunu, bu sahədən hətta ölkələrin beynəlxalq münasibətlərinin proqnozlaşdırılmasında, hərbi strategiyalarının hazırlanmasında istifadə olunduğunu bildirib.

Forum çərçivəsində davam edən müzakirələrə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və digərləri qatılıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov "Qlobal idarəetmə” mövzusunda sessiyada çıxış edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM