05 Iyul 2019 06:17
532
SİYASƏT
A- A+

ATƏT PA-nın plenar iclasında qətnaməyə edilən düzəlişlərə dair qızğın müzakirələr aparılır



Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən 28-ci illik sessiyasında "ATƏT məkanında korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə milli parlamentlərin rolu” adlı qətnaməyə düzəlişlər ətrafında qızğın debatlar gedir. Qətnamə Kiprdən olan deputat İren Haralambidis və onun isveçli həmkarı Marqareta Sederfelt tərəfindən hazırlanıb.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə çıxış edən Ermənistandan olan deputat qəfildən ölkəsinin korrupsiyaya qarşı mübarizədəki "uğurlarından” danışmağa başlayıb. O, bütün bu mübarizənin bir korrupsiyaçıların yeni hakimiyyətə meyilli digər korrupsiyaçılarla əvəz olunmasına gətirib çıxarmasını dəqiqləşdirməyi unutmuşdu.

Ermənistan nümayəndə heyətinin təklif etdiyi düzəlişə qətnamənin iki sponsoru tərəfindən ziddiyyətli dəyərləndirmələrlə bağlı çıxışları bu cəfəngiyyatı komik vəziyyətə saldı. Marqareta Sederfelt düzəlişi rədd etdiyi halda, İren Haralambidis düzəlişin qəbul olunmasını təklif etdi.

Debatlar davam edir.



AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video