Alternative content

15:09 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərişıq”ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini cənub regionunda da davam etdirir
“Azərişıq”ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini cənub regionunda da davam etdirir
ANA SƏHİFƏ / ELANLAR
00:38 05.07.2019


Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur.

İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün davamlı şəkildə geniş miqyaslı işlər aparılır.

Masallı rayonunun ərazisində 35/10 kV-luq "Alvadı” yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Alvadı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenilənIb. Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0,4 kV hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) qurlaşdırılıb. 35/10 kV-luq "Qarğalıq” yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub, Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənib.

Lənkəran Elektrik Şəbəkəsində yeni inşa olunmuş 35 kV-luq "Səpnəkəran” yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV-luq hava xətləri tam yenilənib, rayonun Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi kənd və qəsəbələrin 0,4 kV-luq hava xətləri ÖİN kabellərlə əvəzlənib, kəndlərdə yeni KTM-lər qurlaşdırılıb.

Astara rayonunun Şahağacı, Sekaşen kəndlərində elektrik xətlərinin böyük hissəsi tam yenidən qurulub, yeni sayğacların quraşdırılması və əvəzlənməsi işləri aparılıb. Lerik rayonunun Andurma və Şingədulan kəndlərinin də 0,4 kV-luq hava xətləri ÖİN kabellərlə çəkilərək yenidən qurulub və hazırda bu istiqamətdə işlər rayonun Orand kəndində aparılır. Cəlilabad rayonunun Köçəkli və digər kəndlərində 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəzlənir. Yardımlı rayonunun mərkəzində də hazırda yeni KTM-lər quraşdırılır, 0,4 kV-luq şəbəkə ÖİN kabellərlə əvəz edilir.

Biləsuvar rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün 110/35/10-6 kV-luq 2x25+10 MVA gücündə "Səmədabad” yarımstansiyası tam yenidən qurulmuşdur. Biləsuvar şəhərinin və rayonun Köhnə Əmənkənd, Əliabad, Xırmandalı kəndlərində 0,4 kV-luq şəbəkələrin yenidən qurulması üçün dayaqlar quraşdırılır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM