04 Iyul 2019 21:09
466
SİYASƏT
A- A+

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin işində iştirak edib



Norveçin paytaxtı Oslo şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, qurumun Monitorinq Komitəsinin işində ölkəmizi Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Asossasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil ediblər.

Avropa Şurası Konqresi tərəfindən üzv dövlətlərdə Avropa Özünüidarəetmə Xartiyası çərçivəsində öhdəliklərinin həyata keçirilməsinə nəzarət edən Komitənin iclasında, eyni zamanda, bir sıra ölkələrdə seçki müşahidə missiyalarının hesabatlarının dinlənilməsi baş tutub. Monitorinq Komitəsinin iclasında Türkiyənin İstanbul şəhərində təkrar mer seçkiləri, Bosniya və Herseqovinanın yerli və regional seçkilərlə bağlı hesabatları dinlənilib, müvafiq tövsiyə layihələrinin Konqresin növbəti sessiyasında müzakirəyə çıxarılması qərara alınıb.

İclasda, həmçinin yerli səviyyədə keçirilən referendumlar, yerli və regional ombudsman təsisatları haqda Venesiya Komissiyasının tövsiyələri, Avropa Yerli Özünüidarəetmə Xartiyasının üzv dövlətlərin məhkəmələri tərəfindən prezident hüququ qaydasında istifadə olunması, insan hüquqları və bir sıra digər məsələlər müzakirə olunub.

Monitorinq Komitəsinin iclasında respublikamızda yerli və regional demokratiyanın vəziyyətinə dair dinləmələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxış edərək, son zamanlar bu sahədə görülən işlər və mövcud vəziyyət barədə məlumat verib.

Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin növbəti toplantısının Konqresin 37-ci sessiyası dövründə Strasburqda keçirilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video