Alternative content

12:34 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nərmin Baxışova: BANM-in məzunu olmağımdan qürur duyuram
Nərmin Baxışova: BANM-in məzunu olmağımdan qürur duyuram
ANA SƏHİFƏ / Təhsil
21:07 04.07.2019


Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisası üzrə təhsilimi bitirirəm. Bu ali məktəbin məzunu olmağımdan qürur duyuram. Həmçinin çox sevinirəm ki, fərqlənmə diplomuna layiq görülmüşəm.

Bu sözləri Bakı Ali Neft Məktəbinin (BANM) builki məzunu Nərmin Baxışova AZƏRTAC-a müsahibəsində deyib.

Nərmin Baxışova 2014-cü ildə orta məktəbi bitirib. Həmin il ali məktəbə 644 balla qəbul olunub.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edən məzun vurğulayıb ki, ölkəmizdə təhsilə xüsusi önəm verilir. Gənclərin təhsili üçün geniş imkanlar yaradılır. Bütün bunlar gənclərin daha parlaq gələcəyinə hesablanıb.

Nərmin Baxışova "Maire Tecnimont” şirkətində işə dəvət olunub. O, həmin şirkətdə çalışmaq, sonra isə təhsilini davam etdirmək arzusunda olduğunu söyləyib.