04 Iyul 2019 21:04
927
Təhsil
A- A+

BANM-in məzunu Elmir Əbilov: Arzum bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etməkdir



Ali məktəbi uğurla bitirirəm, fərqlənmə diplomuna layiq görülmüşəm. Ona görə ürəyim sonsuz sevinc və fərəh hissi ilə döyünür. Nailiyyətlərimi daha da yüksəltmək niyyətindəyəm.

Bu fikirləri Bakı Ali Neft Məktəbinin (BANM) builki məzunu Elmir Əbilov AZƏRTAC-a müsahibəsində bildirib.

Elmir Əbilov 2014-cü ildə Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyini bitirib. Həmin il BANM-ə 695 balla qəbul olunub, Prezident təqaüdünə layiq görülüb.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan məzun deyir ki, Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetinin təhsil təqaüdünü qazanıb və magistratura təhsilini orada davam etdirəcək.

Ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərildiyini deyən Elmir Əbilov qeyd edib ki, arzusu bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video