04 Iyul 2019 20:54
414
SİYASƏT
A- A+

Valeri Semerikov: Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması KTMT-yə üzv ölkələri narahat edir



Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələri narahat edir. AZƏRTAC xəbər verir ki, bu fikri KTMT-nin baş katibi vəzifəsini icra edən Valeri Semerikov Moskvada keçirdiyi mətbuat konfransında səsləndirib.

V.Semerikov Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ münaqişəsinin davam etməsinin təhlükəli cəhətləri ilə bağlı jurnalistin sualına cavabında deyib: "Qafqaz istiqamətində Qarabağ münaqişəsinin nizama salınmaması, həmçinin NATO-nun Gürcüstan ərazisini hərbi təsiri altına alması prosesi ucbatından gərginlik davam edir”. O əlavə edib ki, KTMT-yə üzv ölkələrin Nazirlər Şurasının Qarabağ münaqişəsinin nizama salınmasının müzakirə olunmadığı heç bir iclasını xatırlamır. Semerikovun sözlərinə görə, bugünədək bu məsələ ilə əlaqədar Kollektiv Təhlükəsizlik Şurası və xarici işlər nazirləri səviyyəsində bir neçə bəyannamələr qəbul olunub. "Demək olar ki, hər il yaranan vəziyyətlə əlaqədar bu məsələyə dair müvafiq bəyannamələr qəbul edilir””, -deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video