04 Iyul 2019 20:44
581
İQTİSADİYYAT
A- A+

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır



Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır.

AZƏRTAC xəbər verir ki, "Amadeus” şirkətinin baş vitse-prezidenti Tomas Lopez Fernebrandın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub. "Amadeus” şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük IT xidmətləri təchizatçılarından biridir.

Səfər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunacaq yeni bulud texnologiyalarının istifadəyə verilməsi mərasimi baş tutub. Bakı aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və sair idarə etmək imkanı əldə edib.

"Biz hesab edirik ki, Heydər Əliyev Beynəlxalq Aeroportu kimi perspektivli hava limanları müasir texnologiyalardan istifadənin üstünlüklərinin bariz nümunələridir. Bakı hava limanında bu cür həllərin tətbiqi bizim üçün əlamətdar hadisədir. Qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub”, – deyə "Amadeus” İnformasiya texnologiyaları üzrə icraçı vitse-prezident Bruno Spada bildirib.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar "Skytrax” audit şirkətinin ən yüksək "5 Ulduz” mükafatını qazanmış Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksində (Terminal 1) yaradılan şərait ilə tanış olublar.

"Azərbaycan Hava Yolları” aviaşirkətində "Amadeus Altéa PSS” proqram təminatının tətbiqi barədə razılaşmanın imzalanma mərasimi də, həmçinin tərəflər arasında effektiv əməkdaşlığın göstəricisi olub. Saziş "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov və "Amadeus”un baş vitse-prezidenti Tomas Lopez Fernebrand tərəfindən imzalanıb.

Yeni proqram təminatı AZAL aviaşirkətinə sərnişin xidmətlərini daha səmərəli şəkildə fərdiləşdirməyə icazə verəcək, bronlaşdırma sisteminin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.

"Bizim prioritet məqsədlərimizdən biri ölkəyə sərnişin axınının artırılmasıdır və müasir texnologiyalar bu məsələdə bizə olduqca kömək edir. "Amadeus” şirkəti ilə əməkdaşlıq bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası AZAL sərnişinlərinə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verəcək”, - deyə C.Əsgərov bildirib.

"Azərbaycan Hava Yolları” böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2018-ci ildə "Azərbaycan Hava Yolları” 2 milyon 300 mindən çox sərnişin daşıyıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video