04 Iyul 2019 15:40
522
CƏMİYYƏT
A- A+

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağstafada elmi-praktik konfrans keçirilib



Ağstafa rayon Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin ölkəmizdə keçirilən 43-cü sessiyasına həsr edilən elmi-praktik konfrans təşkil olunub. Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrin mədəniyyət işçiləri iştirak ediblər.

Regional mədəniyyət idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan idarə rəisi Vüqar Qədirov iyunun 30-dan iyulun 10-dək UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının ölkəmizin ictimai-siyasi həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini vurğulayaraq Azərbaycan–UNESKO əməkdaşlığında ulu öndər Heydər Əliyevin rolu, mədəni irsimizin qorunub saxlanması, təqdimatı, təbliği istiqamətində Prezident İlham Əliyevin xidmətləri haqqında geniş məlumat verib. Bildirib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu uğurda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri var. Hazırda Azərbaycandan UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuğu, tar ifaçılığı, kəlağayı sənətləri, Lahıc misgərlik sənəti, dolmanın hazırlanma və paylaşma ənənəsi, lavaş çörəkbişirmə ənənəsi, kamança simli musiqi alətinin hazırlanması və ifaçılığı sənəti, Dədə Qorqud dastan mədəniyyəti, nağılları və musiqisi, Qarabağ atı ilə oynanılan çövkən oyunu, Naxçıvanın ənənəvi qrup rəqsləri - yallı, köçəri, tənzərə olmaqla 13 qeyri-maddi mədəni irs nümunəsi daxildir. Bu gün tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.

Konfransda, həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev, Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin Abulbəyli kənd kitabxana filialının əməkdaşı Leyla Alyarova çıxış edərək, bu layihənin paytaxtımızda həyata keçirilməsinin ölkəmizin dünya miqyasında artan nüfuzunun bariz göstəricisi olduğunu qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video