04 Iyul 2019 15:36
456
SİYASƏT
A- A+

Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının illik sessiyasının işində iştirak edir



Lüksemburqda Avropa Yığıncaqlar Mərkəzinin (European Convention Center) binasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işə başlayır. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrinin 300-ə yaxın parlamentarisi iştirak edir.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edir. Budəfəki illik sessiya "Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilib.

İllik sessiya ATƏT Parlament Assambleyasının ən böyük tədbiridir. Gözlənildiyinə görə, builki sessiya Lüksemburq Bəyannaməsinin qəbul edilməsi ilə başa çatacaq. Bu siyasi sənəddə milli hökumətlərə, parlamentlərə və beynəlxalq birliyə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan haqları sahəsində tövsiyələr əks olunacaq.



AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video