04 Iyul 2019 15:19
516
DÜNYA
A- A+

Politoloqlar: Ermənistanın iqtidar partiyası daxili çəkişmələrlə çalxalanacaq



Ermənistan politoloqları hesab edirlər ki, yaxın vaxtlarda Ermənistanın iqtidar partiyası daxili çəkişmələrlə çalxalanacaq . Onların sözlərinə görə, bir tərəfdən iqtidarda olan "Vətəndaş müqaviləsi” partiyasında vəzifələr uğrunda çəkişmələr güclənib, digər tərəfdən isə baş nazir, partiyanın sədri Nikol Paşinyanın ətrafındakı insanların peşəkarlığına görə deyil, sadiqlik prinsipi üzrə seçilməsi ciddi fəsadlar yaradacaq.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, politoloq Armen Badalyan bu yaxınlarda Kotayk vilayətində Sasun Mikaelyan və Romanos Petrosyan arasında hakimiyyət uğrunda mübarizəni misal gətirib. Onun sözlərinə görə, "əvvəllər siyasətdən və ideologiyadan uzaq və yalnız vəzifə bölgüsü ilə məşğul olan Respublikaçılar partiyasının yerini Paşinyanın partiyası tutub”. Ekspert hesab edir ki, öncəki iqtidar partiyası kriminal oliqarxiyanın "siyasi dizaynı” idi, indiki partiya isə Paşinyanın ətrafındakı adamların vəzifə uğrunda çəkişməsi üzrə "siyasi dizayn”dır. Politoloq əlavə edib ki, əgər demokratik ölkələrdə partiyalardakı qruplaşmalar ideoloji əsaslarda formalaşırsa, məsələn, liberal və ya mühafizəkar prinsipləri üzrə, Ermənistanda isə ideologiyadan kənar və liderə yaxın olmaq əsas götürülür. O əlavə edib ki, bu yaxınlarda dövlət nəzarət xidmətinin başçısı David Sanasaryanla səhiyyə naziri Arsen Torosyan arasında düşmənçilik həddinə çatan mübarizə də buna əyani misaldır. Ekspert bu çəkişmələrin iqtidar partiyasını və son nəticədə dövləti zəifləyəcəyini vurğulayıb.

Politoloqlar Paşinyanın partiyasının fəal üzvlərindən biri olan Anna Marqaryanın obyektiv mülahizələrinə görə təqib olunmasını da iqtidarın gələcək problemlərinin əlaməti kimi qiymətləndirirlər. Onların fikrincə, bu fakt Ermənistan hökumətində islahatların arxa plana keçdiyini, əsas meyarın kadrların peşəkarlığı deyil, şəxsi sədaqət prinsipi olduğunu göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video