04 Iyul 2019 15:07
923
İDMAN
A- A+

Neapolda XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib



İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rəsmi açılış mərasimi "Napoli” futbol klubunun ev oyunlarını keçirdiyi "San Paolo” stadionunda təşkil olunub. Tədbirdə idmançılar, beynəlxalq federasiyaların rəhbərləri, Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) nümayəndələri iştirak ediblər. Oyunların məşəlini "Napoli” komandasının futbolçusu Lorenzo İnsinye alovlandırıb.

Üç saata yaxın davam edən açılış mərasimində Azərbaycan komandasının bayraqdarı cüdoçu Murad Fətiyev olub.

İyulun 14-dək davam edəcək yarışlarda idmanın 18 növü üzrə 220 dəst medal uğrunda mübarizə aparılacaq. Universiadada ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma yarışlarında 22 idmançı təmsil edəcək.

Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında 24-cü yerdə qərarlaşmışdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video