04 Iyul 2019 14:49
525
İQTİSADİYYAT
A- A+

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Fransada səfərdə olub



Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təhsil və elmi tədqiqat qurumlarının nümayəndə heyəti Fransanın Lyon şəhərində və Rodez kommunasında işgüzar səfərdə olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Overny-Ron-Alp regionunda heyvandarlıq üzrə ixtisaslaşmış "Auriva” kooperativinin rəhbəri Brüno Punt və Lyon Baytarlıq məktəbinin rəhbərliyi ilə görüşüblər.

Görüşlərdə ölkəmizdə kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafının prioritet sahələrdən olduğu diqqətə çatdırılaraq heyvandarlığın inkişafına dövlət dəstəyindən, bu sahədə qarşıya qoyulan vəzifələrdən söz açılıb.

"Auriva” kooperativində süni mayalanma yolu ilə yetişdirilən 14 cinsdən olan damazlıq buğalar, eləcə də süd və ət məhsuldarlığına görə yetişdirilən cins heyvanların müxtəlif iqlim dözümlülüyünə dair məlumat verilib. Ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları və süni mayalanma mərkəzindən danışılıb. Yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Dünyada ilk baytarlıq tədris ocağı olan Lyon Baytarlıq məktəbinin təqdimatından sonra nümayəndə heyəti məktəbin laboratoriya və klinikasında olub. Həmçinin cərrahiyyə, təcili yardım, reanimasiya zallarında göstərilən xidmət və gələcək baytarların hazırlanması prosesi ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Rodez kommunasında kənd təsərrüfatı palatasının nümayəndələri ilə görüşüb və heyvandarlıq sahəsində olublar. Eləcə də heyvanların saxlanma, bəslənmə və yetişdirilmə prosesi ilə yaxından tanış olublar.

Görüşlərdə birgə tədqiqat aparılmasının əhəmiyyətinə toxunulub, bu istiqamətdə bilik və bacarıq, eləcə də təcrübənin qarşılıqlı mübadiləsinin vacibliyi qeyd edilib. Tərəflər müvafiq sahələrdə uzunmüddətli əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ölkəmizin Fransadakı səfirliyinin iqtisadi məsələlər üzrə ikinci katibi Suliddin Məmmədov da görüşlərdə iştirak edib.



AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video