Alternative content

07:54 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin tapşırığı uğurla icra olunur
Prezidentin tapşırığı uğurla icra olunur
ANA SƏHİFƏ / SİYASƏT
01:18 04.07.2019


Şamaxı, İsmayıllı və Ağsuda təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər yeni mənzillərlə təmin edilirlər


Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amilinin dayanmasını kifayət qədər faktlarla göstərmək olar. Bu sırada əvvəldən proqnozlaşdırılması mümkün olmayan təbiət hadisələri zamanı və digər ekstremal situasiyalarda dövlətin çevik reaksiyası xüsusilə qeyd olunmalıdır.

Bu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə bağlı ilk gündən həyata keçirilən təxirəsalınmaz tədbirlər bir daha göstərdi ki, insan amili dövlət siyasətində hər zaman prioritetdir.

Məlum olduğu kimi, bu il fevralın 5-də və 6-da baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşmüş, bir sıra sosial və infrastruktur obyektlərinə ziyan dəymişdi. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilmiş, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilmişdi.

Fevralın 7-də cənab İlham Əliyev özü zəlzələ zonasına gələrək sakinlərlə görüşmüşdü. Prezident vəziyyətlə tanış olub əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Şamaxı şəhərində sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dövlətin zəlzələnin nəticələrinin aradan qaldırılmasını öz üzərinə götürdüyünü və bütün qəzalı evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini, ya da yenidən tikiləcəyini bildirmişdi: "Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Müvafiq sərəncam imzalanacaq, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaq”.

Elə həmin gün dövlət başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılması haqqında sərəncam imzaladı. Hadisədən cəmi bir ay sonra dağılmış evlərin bir qisminin yerində artıq yeniləri inşa olundu.

Martın 7-də Şamaxıya səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni inşa edilmiş evlərlə tanış oldular, sakinlərlə söhbət etdilər. Dövlət başçısı Ağsu rayonunda da görülən işlərlə yerində tanış oldu. Həmin gün Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan daha 11 milyon manat vəsait ayrıldı.

Xatırladaq ki, zəlzələdən sonra Şamaxı rayonu üzrə 5985, Ağsu rayonu üzrə 2880, İsmayıllı rayonu üzrə isə 1272 müraciət qeydə alınıb. Bütün müraciətlər Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən diqqətlə öyrənilib. Araşdırmalar nəticəsində müəyyən olunub ki, müraciət edən vətəndaşlardan bir qisminin evində bərpa gücləndirmə işlərinə, bir qisminin evində isə təmir işlərinə ehtiyac var. Bir qisim ev isə kəskin qəzalı hesab edilib və onların sökülərək yerində yeni evlərin tikintisi qərara alınıb.

Bu günlərdə Şamaxı rayonuna səfərimiz zamanı görülən işlərlə yerindəcə tanış olduq. Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsi üzrə qərargahının rəisi Həsən Qasımzadənin sözlərinə görə, təbii fəlakət baş verəndən indiyədək Şamaxı, İsmayıllı və Ağsu rayonları üzrə vətəndaşların müraciətləri əsasında ümumilikdə 381 fərdi evin inşasına başlanılıb. Onlardan 120-də işlər başa çatıb və sakinlərin bir hissəsi artıq yeni evlərdə yaşayır. 112 evdə isə tamamlama işləri aparılır. Digər evlərdə tikinti işləri davam edir.

Zəlzələ nəticəsində daha çox Şamaxı ərazisindəki evlərə ziyan dəyib. Belə ki, rayon üzrə 5985 müraciət qeydə alınıb. Baxış keçirilən evlərin 2699-u şəhərdə, 448-i qəsəbədə, 2827-si isə kəndlərdədir. Müəyyən edilib ki, evlərdən 358-i kəskin qəzalı vəziyyətdədir. Bundan başqa, 1358 evdə bərpa-gücləndirmə işlərinə ehtiyac var. Evlərin 2360-ı isə təmirə ehtiyacı olanlardır.

Bu barədə danışan Həsən Qasımzadə dedi ki, zəlzələdən sonra kəskin qəzalı vəziyyətdə olan evlərin bir qisminin yerində yeni evlərin inşası məqsədəuyğun sayılmayıb. Çünki mütəxəssislər həmin ərazilərin sürüşməyə meyilli olduğunu müəyyən ediblər. Buna görə həmin ərazilərdə yaşamış ailələr üçün Şamaxı şəhərinin 20 Yanvar və Aşıq Məmmədağa küçələrində çoxmənzilli binalar inşa olunur. 20 Yanvar küçəsində iki bina tikilir. Onlardan biri tikintisi tamamlanmaq üzrə olan ikigirişli, dördmərtəbəli, 44 mənzilli binadır. Təməli Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 7-də Şamaxıya etdikləri səfər zamanı qoyulan bu bina sentyabr ayında sakinlərin ixtiyarına veriləcək.

20 Yanvar küçəsindəki digər, o cümlədən Aşıq Məmmədağa küçəsində inşa olunan kompleksin də payıza qədər istifadəyə verilməsi gözlənilir. Bu binalardan biri 5 mərtəbəli, 1 girişli 20 mənzillidir. Digəri isə 3 binadan ibarət, 5 girişli, 5 mərtəbəli 115 mənzilli yaşayış kompleksidir.

Şamaxıda zəlzələ zamanı evləri qəzalı vəziyyətə düşmüş sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. "Zəlzələ nəticəsində evimiz tamamilə qəzalı vəziyyətə düşdü. Həyat yoldaşım vəfat etdiyi üçün yeni ev tikmək çətin olardı. Sağ olsun Prezidentimiz və Mehriban xanım. Onların qayğısı ilə evimizin yerində 4 otaqlı yenisi inşa olunur. Əvvəlkindən də geniş və yaraşıqlıdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına da minnətdarıq, çünki xüsusi fədakarlıqla çalışırlar. Tezliklə yeni evimizə köçəcəyik”, - deyə Sadiqə Məmmədova bildirdi.

Şəhər sakini Vahid Şıxıyev isə dağılmış evinin yerində yenisinin artıq inşa olunduğunu dedi. "Dağılan ev 3 otaq idi. Amma Prezidentin sayəsində yerində dördotaqlı ev tikildi”, - deyə o bildirdi.

Şamaxıda bir daha əmin olduq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən zəlzələnin nəticələri sürətlə aradan qaldırılır. Bu sahədə qarşıya qoyulan bütün vəzifələr Fövqəladə Hallar Nazirliyi tərəfindən vaxtında və yüksək keyfiyyətlə icra olunur.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM