Alternative content

13:58 15 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
01:33 15.10.2019 Gələcəyə dəstək
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslar təşkil edilib
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslar təşkil edilib
ANA SƏHİFƏ / Mədəniyyət
01:09 04.07.2019


Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də paralel iclaslarla işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, "Mədəni irsin təsirinin qiymətləndirilməsinə yenidən baxılması: İstanbul təcrübəsi” mövzusunda paralel iclasda Türkiyədə turizm və infrastrukturun inkişafından söz açılıb. Yeni tikililərin, eləcə də urbanizasiya prosesinin ümumbəşəri dəyərlərə malik tarixi abidələrə mənfi təsiri barədə fikir mübadiləsi aparılıb.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mitheld Rössler sessiyada təşkil edilən paralel iclasların maddi və mədəni irsin qorunmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Tədbirdə ICOMOS tərəfindən ümumdünya mədəni irs abidələri ilə bağlı hazırlanmış təlimat təqdim edilib və müzakirələr aparılıb.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları cari ilin aprelində Türkiyənin İstanbul şəhərində mədəni irs abidələrinin qiymətləndirilməsinə həsr olunan seminarda irəli sürülən təklifləri Bakı sessiyasında yenidən nəzərdən keçiriblər. Türkiyənin UNESKO-dakı daimi nümayəndəliyinin rəhbəri Əhməd Altay Cengizer plenar iclasda İstanbuldakı qədim tarixi abidələrlə bağlı məlumat verib və ölkəsində tarixi mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışıb.

Növbəti plenar iclas çərçivəsində isə UNESKO-nun Ümumdünya İrs Komitəsinin büdcə məsələləri üzrə işçi qrupunun iclası keçirilib.

İştirakçı dövlətlərin və Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM), Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) və Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə iştirakçı dövlətlərin mədəni irsin qorunub saxlanılması üzrə Konvensiyada nəzərdə tutulan öhdəlikləri ilə bağlı irəli sürülən yeni təkliflər ətrafında müzakirələr aparılıb.

İclasda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 2018-2019-cu il üzrə büdcə hesabatı dinlənilib və qurumun 2020-2021-ci il üzrə büdcəsi müzakirə olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM