04 Iyul 2019 01:08
658
İQTİSADİYYAT
A- A+

Əlil sahibkarlar iqtisadiyyatda daha fəal olmaq istəyirlər


Sumqayıt şəhərində "Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və əlilliyi olan şəxslər arasında işsizlik probleminin həllinə dair bu təbəqədən olan sahibkarlarla Milli Məclisin deputatı Tahir Mirkişili görüş keçirmişdir.

Görüşdə ölkəmizdə dövlət başçısının əlilliyi olan şəxslərə qayğısından, Birinci vitse-prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərin həyatlarının yaxşılaşdırılması yönümündə gördüyü tədbirlərdən, əlilliyi olan şəxslər üçün dövlət dəstəyinin daim gücləndirilməsindən, onların sosial müdafiəsi istiqamətində atılan addımlardan danışan Tahir Mirkişili sahibkarlıq, özünüməşğulluq sahəsində əlilliyi olan şəxslərin iqtisadiyyata daha çox inteqrasiyasına ehtiyac olduğunu vurğulamışdır. Bunun üçün dövlət orqanları ilə yanaşı, əlilliyi olan şəxslərin özlərinin və sahibkarlıq subyektlərinin də aktiv olmalarının, təşəbbüs göstərmələrinin vacibliyini və bu məqsədlə peşə ixtisaslarını artırmaq üçün lazımi şəraitin olduğunu da vurğulamışdır.

Müzakirələrə qatılan əlil sahibkarlar həyata keçirdikləri layihələrdən bəhs edərək onların yaradıcı işlərdə böyük potensiallarının olduğunu qeyd etmişlər. Hazırda uğurlu layihələr həyata keçirən əlilliyi olan sahibkarlar öz fəaliyyətlərini genişləndirmək üçün yeni avadanlıqlara və binalara ehtiyacları olduqlarını bildirmişlər.

Əlilliyi olan sahibkarların təklif və istəklərinin müzakirə olunacağını qeyd edən Tahir Mirkişili bu istiqamətdə dövlət orqanlarının həyata keçirəcəyi layihələrdən bəhs edərək özəl sahibkarlıq subyektləri ilə də görüşlər keçiriləcəyini bildirmişdir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video