04 Iyul 2019 01:03
526
DÜNYA
A- A+

İyun ayında 166 PKK terrorçusu məhv edilib


İyun ayında Türkiyədə keçirilmiş daxili təhlükəsizliyin təmini üzrə əməliyyatlarda PKK terrorçu təşkilatının 166 üzvü məhv edilmişdir. Bu barədə TRT telekanalı xəbər verir.

Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Çataklı bildirmişdir ki, bu ilin ilk 6 ayı ərzində əks-terror əməliyyatlarında 649 terrorçu zərərsizləşdirilmişdir. Onların 94-ü PKK-nın, 67-si İŞİD-in, 5-i solçu radikal terrorçu təşkilatın üzvü olmuşdur.

Çataklının dediyinə görə, ötən ay keçirilmiş əməliyyatlar nəticəsində 38 sığınacaq məhv edilmiş, 115 silah ələ keçirilmişdir. Altı ay ərzində isə terrorçuların 773 sığınacağı dağıdılmış, 711 silah və döyüş sursatı müsadirə olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video