04 Iyul 2019 01:02
443
DÜNYA
A- A+

İsraildə 110-dan çox polis xəsarət alıb


Efiopiya icmasının nümayəndələri ilə toqquşmalar zamanı 110-dan çox israilli polis xəsarət almışdır. 130-dan çox etirazçı saxlanmışdır. Bu barədə hüquq mühafizə orqanlarının mətbuat katibi Miki Rozenfeldə istinadən "RİA Novosti” agentliyi xəbər verir.

Məlumata görə, afroisraillilər bu yaxınlarda polislə münaqişədə soydaşları həlak olduqlarına görə etiraz aksiyaları keçiriblər. Ölkənin ən iri avtomobil yollarını bağlayan nümayişçilər hüquq mühafizə orqanları əməkdaşlarına daş atmış, təkərlərə od vurmuş və onları dağıtmağa cəhd edən avtomobilçilərə hücum etmişlər.

Rozenfeldin dediyinə görə, bütün ölkə ərazisində baş vermiş toqquşmalarda nümayişçilər 111 polis əməkdaşını yaralamışlar. Polis zabitlərə hücum edən və maşınlara od vuran 136 şübhəli şəxsi saxlamışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video