03 Iyul 2019 23:42
476
SİYASƏT
A- A+

Bu gün Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı olmaqla yanaşı, Qafqazda və Mərkəzi Asiyada mühüm rol oynayır



Bu gün Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşı olmaqla yanaşı, Qafqazda və Mərkəzi Asiyada mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər "Siyasi Psixologiya Məktəbi” çərçivəsində təşkil olunan görüşdə səsləndirilib.

Siyasi Psixologiya Mərkəzində keçirilən tədbirdə Mərkəzin təsisçisi və direktoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və digərləri çıxış edərək ABŞ-ın müttəfiqi olan Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq” proqramının iştirakçısı kimi Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlara dəstək verdiyini, burada sülhməramlı missiya ilə təmsil olunduğunu vurğulayıblar. Çıxışlarda Azərbaycan-ABŞ əməkdaşlığından, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən ətraflı bəhs olunub.

Sonra gənclərin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video