Alternative content

20:03 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Polisinin 101 illiyinə həsr olunmuş silsilə yarışların qalibləri mükafatlandırılıb
Azərbaycan Polisinin 101 illiyinə həsr olunmuş silsilə yarışların qalibləri mükafatlandırılıb
ANA SƏHİFƏ / İDMAN
23:27 03.07.2019
 

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində Azərbaycan Polisinin 101 illiyinə həsr olunmuş silsilə idman tədbirləri keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Azərbaycan Polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışan İdman Cəmiyyətinin rəisi ölkə rəhbərliyinin daxili işlər orqanlarına, o cümlədən idmançı əməkdaşlara diqqət və qayğısını xüsusi vurğulayıb.

İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. O, birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də ayrı-ayrı idman növləri üzrə dünya, Avropa çempionatlarının, Qran-Pri yarışlarının, mötəbər turnirlərin ölkəmizdə keçirilməsini bunun ən gözəl nümunəsi olduğunu deyib.

Daxili Qoşunların Baş İdarəsinin İdman komandasının rəisi, polkovnik Namiq Abdullayev və Olimpiya çempionu Lyudmila Şubina da çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, yarışların iştirakçılarına uğurlar arzulayıblar.

Cəmiyyətin İdman təlimi şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlyas Siracov bildirib ki, idmanın və Olimpiya hərəkatının inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı vacib məsələlərdən biridir. İnsanların fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması və kütləviləşməsi uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunmasına şərait yaradıb. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli şəxsiyyət kimi yetişir.

Silsilə yarışlar çərçivəsində keçirilən cüdo, sərbəst və yunan-Roma güləşi, eləcə də boks turnirlərinin hər biri üzrə yüzdən çox idmançı mübarizə aparıb.

Yarışların qaliblərinə diplom və medallar təqdim olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM