Alternative content

22:57 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran İslam Şurası Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
İran İslam Şurası Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
ANA SƏHİFƏ / PARLAMENT
19:36 03.07.2019

İyulun 3-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, birinci vitse-spiker Azərbaycanın İranla münasibətlərə böyük önəm verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Xalqlarımız arasında tarixi, mədəni və dini bağlılıq mövcuddur. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında etimadın yüksəlməsində ümummilli lider Heydər Əliyevin rolu böyükdür. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri, keçirdikləri görüşlər əlaqələrimizin daha da möhkəmlənməsini sübut edir.

Vurğulanıb ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin hüquqi bazasını təşkil edir. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Biz qonşu ölkələrlə mehriban münasibətlər qurmağa çalışırıq.

Ziyafət Əsgərov parlamentlərarası əlaqələrdən söz açaraq, deputatlarımızın qarşılıqlı səfərlərini, beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir edib. Bildirilib ki, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Milli Məclisin Sədri Oqtay Əsədovun və İran İslam Şurası Məclisinin Sədri Əli Laricaninin rəsmi səfərləri parlament diplomatiyasının bariz nümunəsidir.

Parlament Sədrinin birinci müavini diqqətə çatdırıb ki, bu gün bizi bir problem narahat edir: Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarda münaqişənin həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib. Lakin Ermənistan bu qərarlara məhəl qoymur. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.

İran İslam Şurası Məclisinin deputatı Qulamreza Tacgərdun qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, İran parlamentinin Sədri Əli Laricaninin salamlarını Milli Məclisin Sədri Oqtay Əsədova çatdırıb. İranlı deputat Azərbaycan parlamenti Sədrinin ötən il Tehrana və Urmiyaya səfərini xoş təəssüratlarla yada salıb. Qonaq Azərbaycanın İrana ən yaxın dost ölkə olduğunu vurğulayıb, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

İranlı deputat əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təcrübə və informasiya mübadiləsi baxımından önəmli olduğunu deyib.

Qulamreza Tacgərdun ölkələrimizin iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin vacibliyindən danışıb. Qeyd edib ki, bu və digər müştərək layihələrin həyata keçirilməsində parlament öz öhdəsinə düşən vəzifələri yerinə yetirir.

İran parlamentinin üzvü ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Söhbət zamanı siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, parlamentlər səviyyəsində əlaqələrimizin bu günü və inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Eldar İbrahimov, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM