03 Iyul 2019 19:33
575
İQTİSADİYYAT
A- A+

AÇG-dəki platformaların hər birindən çıxarılan neftin həcmi açıqlanıb


"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı platformaların hər birindən ötən ilin sonunadək çıxarılan xam neftin həcmi açıqlanıb.

AZƏRTAC BP-nin hesabatına istinadla xəbər verir ki, hasilata başlanandan (1997-ci ilin noyabrından) bu vaxtadək "Çıraq” platformasından 721,2 milyon barrel, "Mərkəzi Azəri”dən 888 milyon barrel (2005-ci ilin fevralından), "Qərbi Azəri”dən 801 milyon barrel (2005-ci ilin dekabrından), "Şərqi Azəri”dən 470,1 milyon barrel (2006-cı ilin noyabrından), "Dərinsulu Günəşli”dən 478,1 milyon barrel (2008-ci ilin aprelindən) və "Qərbi Çıraq” platformasından isə 151,1 milyon barrel (2014-cü ilin yanvarından) neft hasil olunub.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,5 milyard barreli keçib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, "AzAÇG” (SOCAR) - 25 faiz, "Chevron”- 9,57 faiz, "Inpex” - 9,31 faiz, "Equinor” - 7,27 faiz, "ExxonMobil” - 6,79 faiz, "TPAO” - 5,73 faiz, "Itochu” - 3,65 faiz və "ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video