03 Iyul 2019 19:29
730
Mədəniyyət
A- A+

Azərbaycan ilə Qazaxıstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub


UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında 150-dən çox ölkədən yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

AZƏRTAC xəbər verir ki, iyulun 3-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikası Baş Nazirinin müavini Gülşarə Abdıkalıkova ilə görüşüb.

Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti və bu istiqamətdə dövlətin əsas prioritetləri haqqında məlumat verib. Azərbaycanın zəngin mədəni irsinin qorunması, təbliği sahəsində gerçəkləşdirilən tədbirlərin önəmini qeyd edib.

İki qardaş ölkə arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayan nazir mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin təşkilinin vacibliyini bildirib.

Əbülfəs Qarayev Qazaxıstan tərəfini bu ilin noyabr ayında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı ilə birgə keçiriləcək tədbirdə fəal iştiraka dəvət edib.

Gülşarə Abdıkalıkova Azərbaycanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Həmçinin ölkəsinin ərazisində yerləşən mədəni irs nümunələrinin qorunması və tanıdılması ilə bağlı UNESKO ilə daha sıx əlaqələrin inkişafına çalışdıqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video