03 Iyul 2019 19:17
2278
Turizm
A- A+

Bu mövsümdə rusiyalı turistlərin Azərbaycana axını artacaqmı?


Bu sual Rusiyanın Turizm Operatorları Assosiasiyasının www.atorus.ru saytında yer alıb. AZƏRTAC həmin sayta istinadla xəbər verir ki, Rusiya ilə Gürcüstan arasında birbaşa aviareyslərin dayandırılması fonunda Azərbaycan Qafqaz istiqamətində mühüm alternativ turizm marşrutlarından biri hesab edilir. Rusiyanın aparıcı turizm operatorları bu ehtimalların özünü nə dərəcədə doğruldacağı və 2019-cu il mövsümündə Azərbaycana turların satışında olan vəziyyətdən danışıblar.

"Multitur” şirkətinin idarəedici tərəfdaşı Yuliya Vısokanovanın sözlərinə görə, bir qayda olaraq, Azərbaycana ekskursiya turlarına sabit tələbat yaz və payız aylarında olur. Yayda qızmar istilər və qışda güclü küləklər səbəbindən bu tələbat aşağı düşür. Cari ildə turların satışı ötənilki səviyyədədir.

"Delfin” turizm operatorunun baş direktoru Sergey Romaşkin isə Azərbaycana turizm turlarının satışında 10 faizlik azalma olduğunu bildirib və əlavə edib ki, bunun əsas səbəbi rus rublunun manata qarşı məzənnəsinin zəifləməsidir. Onun sözlərinə görə, Azərbaycana turların satışında daha bir əngəl uçuşun baha olmasıdır: istirahət günləri Bakıya aviabiletlər 18-20 min rubla başa gəlir ki, bu da Avropaya uçuşların dəyərinə bərabərdir. "Aviabiletlərin bu qiyməti ildə bir neçə dəfə istirahətə gedən varlı turistləri qane edir”, -deyə o əlavə edib.

Turizm operatorları Azərbaycan istiqamətində ən zəif "halqalar” siyahısına Rusiya bazarında reklamın olmamasını və turizm məhsulunun pərakəndə təbliğatını da daxil edirlər. Məsələn, ICS Travel Group mütəxəssisləri bildirirlər ki, turistlərin bir hissəsi və agentliklər Azərbaycanı yalnız çimərlik ölkəsi kimi tanıyırlar.

PAC Group turizm operatorunun rəhbəri Svetlana Qritsenko qeyd edib ki, Azərbaycan çox qonaqpərvər ölkədir, lakin turist axınında böyük irəliləyiş gözlənilmir. Onun sözlərinə görə, bu istiqamət yenidir və hələ çox iş görülməlidir. O əlavə edib ki, Azərbaycanda turizm xidmətlərinin qiymətləri qonşu Qafqaz ölkələrinə nisbətən yuxarı olsa da, ölkəmiz xidmətin keyfiyyəti və otellər sarıdan üstündür.

Turizm operatorlarının məlumatına görə, Azərbaycan istiqamətində ən çox ekskursiya turları və Bakıda siti-breyklər satılır. Naftalan və Qalaaltı sanatoriyalarına müalicə turlarına da tələbat çoxdur. Bakıya korporativ turlar da tədricən populyarlıq qazanır. Qışda isə turistlər Şahdağ xizəkçilik kurortuna gedirlər.

Ümumilikdə, Rusiyanın turizm operatorları Azərbaycana səyahət planlarını genişləndirməyi nəzərdə tuturlar. Azərbaycan istiqamətində fəaliyyət göstərən operatorların çoxu yerli şirkətlərlə sıx əməkdaşlıq edirlər. Məsələn, "Multitur”dan Yuliya Vısokanovanın qeyd etdiyi kimi, qəbul edən tərəf ekskursiya turlarının təşkilini, o cümlədən oteldə qalmaq, transfer, ekskursiya xidmətlərini öz üzərinə götürür. "Delfin” turizm operatorunun ekskursiya turları və müalicə proqramları üzrə Azərbaycanda bir neçə tərəfdaşları var. "Mouzenidis Travel” turizm operatoru isə bu yaz Bakıda öz ofisini açıb. O, Qəbələ xizəkçilik kurortunda ofis açmağa, həmçinin qara kürü istehsal edən zavodlara və çay plantasiyalarına ekskursiya proqramları həyata keçirməyə hazırlaşır. Bundan başqa, bu operator 2020-ci ildə üç turnirinin Bakıda keçiriləcəyi futbol üzrə Avropa Çempionatına da turizm paketləri təklif edəcək.

ALEAH milli turizm operatorunun da Azərbaycanın paytaxtında öz ofisi fəaliyyət göstərir. Şirkətin nümayəndəsinin sözlərinə görə, ALEAH-ın Cənubi Qafqaz istiqamətində mövqeləri daha da güclənəcək.

"İnturist” turizm şirkəti də ölkəmizə aid yeni məhsullar təqdim edəcək. Bu məhsullara Bakı və ətraf rayonlara ekskursiya proqramları, arzu edənlər üçün çimərlik istirahəti, Şahdağ xizəkçilik turları, Naftalan unikal kurortuna müalicə turları daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video