03 Iyul 2019 19:12
547
DÜNYA
A- A+

Sosial şəbəkələrdə Paşinyanın NATO-nun baş katibinə saxta məktubu yayılıb


Ermənistanın xüsusi xidmət orqanları baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə yayılmış saxta məktubunun müəllifini axtarırlar. NATO-nun baş katibi Yens Stoltenberqə ünvanlanmış məktubda Ermənistan hökumətinin başçısı guya Şimali Atlantika Alyansı ilə daha sıx əməkdaşlığa hazır olduğunu və Dağlıq Qarabağ münaqişəsinin bunun qarşısında ən böyük əngəl təşkil etdiyini bildirir. O, bu kontekstdə guya ilin sonunadək "erməni qoşunlarını Dağlıq Qarabağdan çıxaracağını” vəd edib.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, saxta məktubda Ermənistan qoşunlarının münaqişə zonasından çıxarılacağı və Dağlıq Qarabağın Azərbaycanın nəzarətin veriləcəyinə dair ümumxalq referendumu keçiriləcəyi barədə fikirlər də yer alıb. Bu feyk məktubu ilk dəfə informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan aşkar edib. O, bildirib ki, yüksək ehtimalla məktubun mətni Ermənistanın hüdudlarından kənarda hazırlanıb. Ermənistan milli təhlükəsizlik xidmətinin mətbuat katibi Samson Qalstyan isə bu vəziyyəti şərh etməkdən imtina edib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi isə məktubun feyk olduğunu təsdiq edib, lakin onu şərh etmək istəməyib.

Kibertəhlükəsizlik üzrə ekspert Martirosyan qeyd edib ki, məktub çox savadlı hazırlanıb. Onun sözlərinə görə, hətta Paşinyanın ən qatı düşmənləri belə bu məktubun feyk olduğunu bildiriblər.

Paşinyanın mətbuat katibi də bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video