03 Iyul 2019 19:10
1188
İDMAN
A- A+

“Universiada-2019”: Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraqqaldırma mərasimi keçirilib


İtaliyanın Neapol şəhərində tələbələr arasında XXX Ümumdünya Yay Universiadası çərçivəsində Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraqqaldırma mərasimi olub.

Azərbaycan Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbir "Atletlər Kəndi”ndə baş tutub.

Qeyd edək ki, bu gün universiadanın rəsmi açılış mərasimi keçiriləcək. Tədbir "Napoli” futbol klubunun stadionu olan "San Paolo”da saat 23:00-da baş tutacaq. Açılış mərasimində Azərbaycan komandasının bayraqdarı Murad Fətiyev olacaq.

Universiada çərçivəsində artıq su polosu, futbol və suya tullanma yarışlarında mübarizə başlayıb. Turnirdə atletlər, həmçinin basketbol, voleybol, cüdo, atletika, stolüstü tennis, üzgüçülük, idman gimnastikası, kamandan oxatma, tennis, taekvondo, qılıncoynatma, bədii gimnastika, atıcılıq, reqbi-7 idman növləri üzrə də güclərini sınayacaqlar. İyulun 14-dək davam edəcək yarışlarda 18 idman növü üzrə 112 ölkədən 6 minə yaxın idmançı mübarizə aparacaq. Yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edəcək.

Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları üç qızıl, bir gümüş, dörd bürünc medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video