03 Iyul 2019 13:36
539
CƏMİYYƏT
A- A+

Sosial müdafiə və dayanıqlı inkişafa həsr olunan konfrans keçirilir


İyulun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə "Sosial müdafiə və dayanaqlı inkişaf” mövzusunda konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda nazirliyin rəhbər şəxsləri ilə yanaşı, digər dövlət qurumların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli konfransı giriş sözü ilə açaraq ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin uğurlu nəticələr verdiyini bildirib. Nazir müavini xüsusilə inklüziv inkişaf sahəsində əldə olunan müsbət nəticələri qeyd edərək Azərbaycanın bu sahədə inkişaf edən ölkələr arasında üçüncü yeri tutduğunu deyib. O, "DOST” mərkəzinin yaradıılmasını, avtomatlaşdırılmış pensiya sisteminin tətbiq edilməsini, "e-sosial” portalının və Məşğulluq altsisteminin istifadəyə verilməsini əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldiyini əks etdirən nümunələr kimi xarakterizə edib.

M. Kərimli dövlət başçısının rəhbərliyi ilə bu ilin mart və aprel aylarında həyata keçirilən sosial islahatların gedişi barədə məlumat verib. Nazir müavini həmin tədbirlərin ümumən ölkəmizin 4,2 milyon vətəndaşını əhatə etdiyini, 10 min nəfəri əhatə edən özünüməşğulluq proqramları, pensiyaların minimum məbləğinin təkcə bu il ərzində 93 faiz, 750 min nəfəri əhatə edən pensiyaların minimum məbləğinin 72 faiz artırılmasını, eləcə də müavinət və təqaüdlərin məbləğinin artılrımasını sosial-iqtisadi inkişafın şərtləndirən əsas amillərdən biri olduğunu söyləyib.

Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, məşğulluq üzrə mütəxəssis Veşna Bişeva, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Bakı ofisinin milli əlaqələndiricisi Yaşar Həmzəyev, BƏT-in Layiqli Əmək üzrə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisin sosial müdafiə üzrə mütəxəssisi Jasmina Papa çıxış ediblər.

Sonra konfrans öz işini sessiyalarla davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video