03 Iyul 2019 12:59
399
CƏMİYYƏT
A- A+

Mixail Qusman: Soruşma ki, Azərbaycan sənin üçün nə edib, de ki, sən Azərbaycan üçün nə etmisən


Mən Bakı ənənələri əsasında tərbiyə almışam. Orada insanlar hər gün çay süfrəsi arxasında görüşürlər.

AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri TASS-ın jurnalisti Səadət Qədirovanın YouTube "kadyrova.online” kanalında yayımlanan "Arzular gerçəkləşir” adlı müəllif verilişində söyləyib. M.Qusman qeyd edib ki, sosial şəbəkələri xoşlamır. O deyib: "Bu şəbəkələr surroqatdır, onlar canlı ünsiyyəti əvəz etmir. Mayakovski demişkən, bu, qəhvə adı ilə təklif edilən, əslində yerkökündən hazırlanmış içkiyə oxşayır”.

M.Qusman S.Qədirovaya müsahibəsində Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə münasibət bildirib, vurğulayıb ki, Rusiyada əslən Azərbaycandan olan görkəmli adamlar yaşayır. Onlar elm, mədəniyyət, biznes və digər sahələrdə təmsil olunur. O deyib: "İnsanlar Rusiya cəmiyyətinin tərkib hissəsidir, lakin eşq olsun onlara ki, öz Vətənləri ilə əlaqəni kəsmirlər. Con Kennedinin məşhur bir kəlamı var: "Soruşma ki, sənin ölkən sənin üçün nə edib, özündən soruş ki, sən öz ölkən üçün nə edə bilərsən”.

M.Qusmanın sözlərinə görə, əslən Azərbaycandan olan, lakin Rusiyada yaşayan hər bir azərbaycanlı "Azərbaycan mənim üçün nə edib, - deyə soruşmaq əvəzinə özündən soruşmalıdır ki, mən Azərbaycan üçün nə etmişəm”.

Məşhur həmvətənimiz Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının birləşməsinin vacibliyini vurğulayaraq deyib: "Gərək bu təşkilatlar birləşmə formasını tapıb insanlara fayda versinlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video