Alternative content

07:41 18 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya
Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Lukaşenkoya
ANA SƏHİFƏ / Məktublar
00:50 03.07.2019


Hörmətli Aleksandr Qriqoryeviç!

Sizi milli bayramınız - Böyük Vətən müharibəsində Belarusun alman faşist işğalçılarından azad edilməsi ilə əlamətdar olan Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Belarus həqiqətən tarixi əhəmiyyətli bu hadisənin 75-ci ildönümünü müstəqilliyin və suverenliyin möhkəmlənməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi və modernləşdirilməsi, dinamik və ardıcıl sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyən, firavanlaşan ölkə kimi qarşılayır.

Bu xoş fürsətdən istifadə edərək, Sizi ən yüksək səviyyədə təşkil olunmuş və bütün idman həvəskarları üçün əsl bayrama çevrilmiş, onlara parlaq çıxışlar və unudulmaz anlar bəxş etmiş II Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istəyirəm.

Bu genişmiqyaslı idman bayramı xalqlar və ölkələr arasında sülhün, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradan Olimpiya hərəkatının sarsılmaz prinsiplərinə Belarusun sadiqliyini bir daha əyani şəkildə nümayiş etdirdi.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Belarusun xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 iyul 2019-cu il



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM