03 Iyul 2019 00:31
671
Mədəniyyət
A- A+

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil edilən tədbirdə Ağa Xan Fondunun fəaliyyəti yüksək qiymətləndirilib


İyulun 2-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Ağa Xan Fondunun ("Aga Khan Foundation”) mədəni irsin qorunub saxlanılması sahəsində fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev Ümumdünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində səmərəli müzakirələrin aparıldığını bildirib. Nazir bu tədbirlərin dünya ictimaiyyətinin diqqətini mədəni irsin qorunub saxlanılmasına yönəldəcəyini vurğulayıb.

O, Ağa Xan Fondunun dünya ölkələrinin mədəni və tarixi abidələrinin bərpası və mühafizə olunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Əbülfəs Qarayev ölkəmizdə bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb.

Daha sonra nazir qeyd edib ki, Ağa Xan Fondunun ilk musiqi mükafatına azərbaycanlı bəstəkar və pianoçu, UNESKO-nun "Sülh artisti” Firəngiz Əlizadə layiq görülüb.

Sonra Ağa Xan Fondunun fəaliyyəti və tarixi memarlıq abidələrinin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi əsas layihələri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Ağa Xan Fondunun baş meneceri Luis Monreal fond tərəfindən memarlıq abidələrinin bərpası və təmiri istiqamətində Hindistan, Tacikistan, Əfqanıstan, Mali, Suriya və Pakistanda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, fond tərəfindən 200-ə yaxın mədəni və tarixi abidənin bərpası və təmir olunması həyata keçirilib.

Qeyd edilib ki, memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı artıq dördüncü onillikdir ki, verilir. Mükafat bütün dünyada müsəlman cəmiyyətinin ehtiyaclarının və arzularının uğurla təmin edilməsinə imkan verən inşaat konsepsiyalarının aşkar və təşviq edilməsi məqsədilə təsis edilib.

Sonra çıxış edən natiqlər memarlıq mükafatının təltif olunduğu müxtəlif tarixi və memarlıq abidələrinin bərpası və qorunub saxlanması ilə bağlı layihələrdən söz açıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video