Alternative content

22:56 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
16:59 02.07.2019

İyulun 2-də Milli Məclisdə "Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədilə parlamentin Elm və təhsil komitəsi üzvlərinin, Təhsil Nazirliyinin təmsilçilərinin və mütəxəssislərin iştiraki ilə iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli iclası acaraq bildirib ki, son dörd il ərzində komitə tərəfindən bir sıra yeni qanunlar, o cümlədən "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Elm haqqında” sənədlər qəbul edilib. Bu qanunlar müvafiq mərhələlərlə hazırlanıb. Hazırda "Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması prosesinə start verilib.

Bildirilib ki, 2009-cu ildən sonra dünyada təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər layihədə öz əksini tapsın.

İclasda qanun layihəsinin hazırlanması üzrə işçi qrupun yaradılması məsələsinə də baxılıb. Diqqətə çatdırılıb ki, işçi qrupun sədri İsa Həbibbəyli, sədr müavinləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev və Təhsil Nazirinin müavini İdris İsayevdir. İşçi qrupda Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Ağacan Abıyev, Kəmalə Əliyeva, Musa Qasımlı, Pərvin Kərimzadə, Asim Mollazadə, Təhsil Nazirliyin mütəxəssisləri təmsil olunublar.

İsa Həbibbəyli onu da vurğulayıb ki, bu qanun Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Sənəddə ali təhsilin təşkili, bu sahənin işçilərinin attestasiyası, müəssisələrin idarə olunması və maliyyələşdirilməsi, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələri, ali təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti və bir sıra digər məsələlər öz əksini tapacaq. Layihədə, eyni zamanda, ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamlar da nəzərdə tutulub.

Müzakirələr zamanı çıxış edən deputatlar Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Musa Qasımlı, Asim Mollazadə, Pərvin Kərimzadə, Ağacan Abıyev, Rafael Hüseynov və Təhsil Nazirliyinin təmsilçiləri İdris İsayev, Yaqub Piriyev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hazırlanacaq qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflərini veriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM