02 Iyul 2019 16:05
663
Mədəniyyət
A- A+

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslar keçirilib


Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də paralel iclaslarla işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, ilk iclas Afrika və ərəb ölkələrində baş verən təbii fəlakətlər və münaqişələr nəticəsində dağıntıya məruz qalan mədəni irsin qorunmasına həsr edilib. Müzakirələrdə 2019-2020-ci illər üçün tədbirlər haqqında məlumat verilib.

Bildirilib ki, ekoloji mədəni irsin qorunması həm yerli icra orqanlarının, həm də könüllülərin nəzarətində olmalıdır. Dünyada ən çox dağıntıya məruz qalan məhz bu regionlardır. Bu səbəbdən də Ümumdünya İrs Komitəsi regionlara dəstəyini əsirgəməməlidir.

Dini irsin qorunmasına həsr olunan iclasda dini maraqlarla bağlı ən yaxşı təcrübələr bölüşülüb. Dünyada tolerantlıq, mədəni dialoq və vicdan azadlığı aspektində dini irsin əhəmiyyəti vurğulanıb. Xüsusilə UNESKO siyahısında yer alan dini ehkamların qorunmasının mövcud problemləri müzakirə edilib. İştirakçılar öz təcrübələrini bölüşüblər.

Üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti iclasda büdcə məsələləri müzakirə edilib. İclasda 180 ölkənin mədəni irisin qorunmasına ayırdığı maliyyə fondu və xərcləri nəzərdən keçirilib. İşçi qrupların hesabatları dinlənilib.

Paralel iclaslar müzakirələrlə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video