02 Iyul 2019 15:50
617
Mədəniyyət
A- A+

Bakı Konqres Mərkəzində “Qırğızıstanın təbii və mədəni irsi” sərgisi açılıb


İyulun 2-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılışından əvvəl Qırğızıstanın Xarici İşlər nazirinin müavini Nuran Niyazəliyev Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərdən bəhs edib. Vurğulayıb ki, iki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq uğurla inkişaf edir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən N.Niyazəliyev sessiyanın işinə uğurlar arzulayıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, Ümumdünya İrs Komitəsinin sessiyaları təkcə rəsmi müzakirələr, görüşlər məkanı deyil, həm də bu çərçivədə müxtəlif tarixi, maddi-mədəni miraslara həsr olunmuş sərgilər təşkil olunur: "Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr qardaş xalqlarımızın tarixi münasibətləri əsasında formalaşıb. Sərgi bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir".

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi iyulun 5-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video