02 Iyul 2019 15:22
565
Mədəniyyət
A- A+

Sessiyanın myanmalı iştirakçısı: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir


Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsində çox mühüm rol oynayır və komitənin işinin irəli aparılması üçün gərgin əmək sərf edir.

Bu fikri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının myanmalı iştirakçısı Su Su bildirib.

Myanmalı nümayəndə deyib ki, sessiyanın keçirildiyi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir: "Bizim üçün burada hər cür şərait yaradılıb. Buna görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Su Su qeyd edib ki, bu sessiyaya ev sahibliyi etməklə Azərbaycan dünyada mədəni və tarixi irsin qorunmasına mühüm töhfə verir. Komitəyə üzv olan hər bir ölkənin bu işə töhfə verməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan da, öz növbəsində, komitədə çox mühüm rol oynayır, onun işinin irəli aparılması üçün gərgin əmək sərf edir.

Qonaq Azərbaycana səfərdən məmnunluğunu ifadə edərək deyib: "Ölkənizdə ilk dəfədir ki səfərdəyəm, insanlar çox mehriban və qonaqpərvərdir. Bakıya səfərdən zəngin təəssüratlarla qayıdacağam”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video