02 Iyul 2019 00:38
973
Təhsil
A- A+

Əsas məqsəd dərslərin inklüziv, interaktiv təlim vasitəsilə praktik tədrisinə nail olmaqdır


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında TOPs layihəsinin 5-ci mövsümünün bağlanış mərasimi keçirilib.

"TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Təhsil Nazirliyi, "British Council Azerbaijan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və "İnkişaf Naminə İdman” İctimai Birliyinin əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində 2018-2019-cu tədris ilində TOPs proqramına 100 məktəbin əlavə olunduğu bildirilib. Diqqətə çatdırılıb ki, əlavə olunmuş məktəblərdən TOPs təlimlərinə ümumilikdə 600 nəfərə yaxın müəllim cəlb edilib. Onlardan 400-ü fiziki tərbiyə, 200-ü ibtidai sinif müəllimidir.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, TOPs proqramına Azərbaycanda ilk dəfə 2014-cü ildə Bakı şəhərinin 3 ümumtəhsil məktəbində pilot layihə kimi start verilib və hazırda ona qoşulan məktəblərin sayı 250-yə çatdırılıb. TOPs, həmçinin inklüziv təhsilin inkişaf etdirilməsinə olduqca yaxşı zəmin yaradan tədris metodikasıdır. Layihənin əsas məqsədləri təlimlər əsasında müəllimlərin bacarıqlarını artırmaqla dərslərin inklüziv, interaktiv təlim vasitəsilə praktik tədrisinə nail olmaqdır. Fiziki tərbiyə dərslərinin tədrisində I-IX siniflər üzrə innovativ tədris materialları hazırlanması da bir yenilikdir və müəllim fəaliyyətinin stimullaşdırılması üçün nəzərdə tutulur. Bu materiallar müəllimlərə dərslərdə daha rəngarəng, inklüziv və mövcud tədris proqramına uyğun olaraq çevik dəyişikliklər etmək imkanı verir. Təlimlərdən sonra müəllimlər yeni tədris metodikası ilə daha keyfiyyətli fiziki tərbiyə üzrə "açıq dərs”lər keçib və idman festivalları təşkil ediblər. Bütün bunların nəticəsində şagirdlərdə fiziki tərbiyə dərslərinə maraq müsbətə doğru dəyişib və idmana bağlılıq artıb. Ümumilikdə təlimlərdən keçən müəllimlərin sayı 2 min nəfər, layihədən yararlanan şagirdlərin sayı isə 240 minə yaxındır. Bu proqramın növbəti tədris illərində respublikamızın bütün ümumtəhsil məktəblərində tətbiq olunması nəzərdə tutulur.

"British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah, Milli Olimpiya Komitəsinin üzvü, "İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov və digər çıxış edənlər TOPs layihəsi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə iştirakçılara TOPs layihəsi çərçivəsində akademiyanın Elmi Tədris Laboratoriyasında aparılmış tədqiqat işinin nəticələri haqqında məlumat verib.

Layihə çərçivəsində müəllim fəaliyyətinin stimullaşdırılması üçün 2017-2018-ci tədris ili üzrə elan edilən müxtəlif nominasiyalı müsabiqələrin qalibləri təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video