02 Iyul 2019 00:37
476
CƏMİYYƏT
A- A+

“Davamlı inkişaf və irsin idarə olunması” mövzusunda müzakirələr aparılıb


İyunun 30-da Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb. İyulun 10-dək davam edəcək sessiya çərçivəsində Dünya İrsi Gənc Peşəkarlar Forumu və Dünya İrsi Abidə Menecerləri Forumu keçirilir. AZƏRTAC xəbər verir ki, Abidə Menecerləri Forumu iyunun 30-da öz işini davam etdirib.

Forumun dördüncü günündə Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (ICCROM) təmsilçisi Gamini Vijesuriyanın moderatorluğu ilə "Davamlı inkişaf və irsin idarə olunması ilə bağlı əsas məsələlər” mövzusunda müzakirələr aparılıb. Tədbirdə Bakıda yerləşən abidələrin 2050-ci ilədək idarə olunması üzrə əsas fəaliyyət istiqamətlərindən və zəruri prinsiplərdən danışılıb.

Qrup şəklində aparılan müzakirələr zamanı qədimilik və müasirlik arasında harmoniya, etibarlılıq, müxtəliflik, qoruma, memarlıq, Bakının rəmzləri, görünmə bucağı, müvafiq konservasiya məsələləri ilə bağlı fikirlər dinlənilib. Mütəxəssislər tolerantlıq, multikulturalizm və mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlərə toxunublar. Müzakirələrdə, həmçinin iştirakçılar şüurlu münasibətin artırılması və vahid şəhər anlayışına dair düşüncələrini də bölüşüblər.

Tədbirdə hər bir iştirakçı öz ölkəsindəki abidələr və onların qorunmasına dair məruzə ilə çıxış edib. Çıxışlarda abidələrin mühafizəsi sahəsində müsbət və mənfi meyillər barədə məlumat verilib, bu istiqamətdə UNESKO-nun fəaliyyəti, təşkilatın yardım edə biləcəyi məqamlardan bəhs olunub. Ölkələrin özünəməxsusluğu, mədəni müxtəlifliyi, irsin qorunmasına dövlət dəstəyi, vətəndaş münasibəti və bu sahədə könüllülük məsələlərinə xüsusi diqqət yetirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video