02 Iyul 2019 00:33
478
İQTİSADİYYAT
A- A+

Gənclər “AMAL”a doğru irəliləyir


Gənc dedikdə öncə enerjili, çalışqan, çılğın və s. kimi şəxsi keyfiyyətlər yada düşür. Ardınca yenilikçi, müasir texnologiya ilə yaxşı davranan, internet imkanlarından istifadə edərək daha çox məlumat əldə edilməsi xatırlanır.

Məlumat isə tarixin bütün dövrlərində, eləcə də günümüzdə ən güclü silahdır. Bu kimi keyfiyyətlərinə görə həyatın bütün sahələrində gənclərin imkan və bacarıqlarından geniş istifadə edilir.

Son dövrlərdə Azərbaycanda həyata keçirilən sosial, iqtisadi, humanitar siyasətin mərkəzində gənclərin məşğulluğunun təmin edilməsi, xaricdə təhsilə, müasir peşələrə yiyələnməsinə kömək göstərilməsi dayanır. Aparılan bu siyasət özünü gənclərə istiqamətlənmiş proqramlarda da göstərir. Bu proqramlardan biri də Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan "AMAL”dır.

Bir neçə müddət əvvəl sosial şəbəkələrin birində gəncləri yeni bir istiqamətə - kənd təsərrüfatına hədəf götürən bir elan diqqətimi çəkdi. Göstərilən sayta daxil oldum, profili oxudum və daha sonra qeydiyyatdan keçdim. Az sonra isə müxtəlif informasiyalar aldım - "AMAL” layihəsinin təqdimatında iştirak, rəsmi açılış tədbirində çıxış etmək, biznes təlimləri üçün seçilmək və s. Daha sonra isə "Caspian Agro-2019” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakçısı olduğum layihəni təqdim etməklə bağlı razılıq əldə etdim. Beləliklə, məlumatımın pilot olaraq digər seçilmiş rayonların bir çox gəncindən artıq olması mənə hərəkatın sıralarında olmaq imkanını qazandırdı.

İndi isə daha önəmli detal - layihənin ən mühüm nailiyyətini onda görürəm ki, bunun vasitəsilə aqrar sahəyə marağı olan gənclərin təşkilatlanma prosesi vüsət almağa başlayır. Bütün bu proseslərin fonunda aydın oldu ki, 200 nəfər həmin layihə çərçivəsində təlimlərdə iştirak edir.

Balakən gəncləri də bu proqrama fəal şəkildə qoşulub. Belə ki, rayonumuzdan 74 nəfər elektron qeydiyyatdan keçmiş və onlardan 62 nəfər gənc biznes təlimləri üçün seçilmişdir. Beynəlxalq Əmək Təşkilatından təlimçilər həmin gənclərə biznes ideyanın müəyyənləşməsi, marketinq, satış və tədarük planı, maya dəyəri, nağd pul dövriyyəsi və s. mövzularda təlimlər keçmişlər. Gənclər bu təlimlər nəticəsində biznes planlarını tamamlayaraq təhvil vermişlər. Növbəti mərhələdə mütəxəssislər tərəfindən biznes planları qiymətləndiriləcək və onlardan içərisində innovativ ideyaların olunduğu, kənd təsərrrüfatı sahəsində daha vacib görülənləri qrup şəklində müraciətlərə və s. üstünlük meyarlarına görə seçiləcək. Daha sonra biznes planları üçün mentorlar təyin ediləcək və gənclərin maliyyəyə çıxış imkanları asanlaşdırılacaq. Layihə çərçivəsində gənclərə aşağı faizlərlə aqrar kreditlərin verilməsi gözlənilir.

Sərxan HACIYEV,

Balakən rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video