Alternative content

12:35 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsilə böyük önəm verilir
Təhsilə böyük önəm verilir
ANA SƏHİFƏ / Təhsil
00:32 02.07.2019


Son illər Oğuzda təhsilin inkişafı sahəsində mühüm nailiyyətlər əldə edilməkdədir. Mürəkkəb relyefi, yağıntılı günlərin çox olması belə qarşıya qoyulan hədəflərə çatmaqda maneçilik törətmir. Rayon təhsil şöbəsindən əldə olunan məlumatda bildirildi ki, burada təhsilin maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində əməli addımlar atılmaqdadır.

Bunun da sayəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrlarla təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, istedadlı uşaqların inkişafı istiqamətlərində əhəmiyyətli uğurlar qazanılıb.

Cari dərs ilində Oğuz rayonunda 34 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 4 ümumi orta və 2 ibtidai məktəb fəaliyyət göstərib və 417 sinif komplektində 5793 nəfər şagird təhsilə cəlb olunub.

Rayonun ümumtəhsil məktəblərində ədəbi yaradıcılığa meyil göstərən şagirdlərin bədii yazılarına da ciddi diqqət yetirilir. Artıq üçüncü ildir ki, Oğuz məktəbliləri "Əsgərə məktub” devizi altında yazıların vaxtaşırı olaraq hərbi hissələrə göndərilməsini təşkil edir.

"Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin rayon mərhələsinin qalibi, Oğuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Minayə İslamova final mərhələsində də fəal iştirak edib.

"Məktəblilərin Respublika Yaradıcılıq Festivalı” çərçivəsində bu ilin mart ayında "Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət respublika müsabiqəsi”nin Şəki şəhərində keçirilən zona mərhələsində Kərimli kənd tam orta məktəbi şagirdlərinin yaradıcılıq işi birinci yeri tutub.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı cari ilin aprel ayında dörd nominasıya üzrə (şeir, mahnı, səhnəciklər və rəsm) müsabiqə də keçirilib.

"Şahin” hərbi-idman oyununun rayon mərhələsi təşkil olunub və zona yarışlarında iştirak etmək hüququ qazanmış Oğuz şəhər 3 nömrəli məktəb-liseyin komandası Şəki şəhərində keçirilən zona yarışında IV yerə sahiblənib.

Oğuz Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq fənn olimpiadalarının rayon mərhələsində 400 nəfər istedadlı şagird iştirak edib və zona mərhələsində qalib gələn 10 şagird Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində təhsildə fərqlənən 40 nəfər Oğuz məktəblisindən ibarət qrup cari ilin martında Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə respublikamızın qərb bölgəsinə səfər ediblər.

Respublikanın şahmat fənni tədris edilən pilot məktəbləri Oğuzda da fəaliyyət göstərir. Həmin məktəbin şagirdləri arasında bu ilin mart ayında keçirilən şahmat festivalının zona mərhələsində qalib gələn şəhər 3 nömrəli tam orta məktəbin şagirdi İbrahim Səfərəliyev və Bucaq kənd tam orta məktəbinin şagirdi Elşad Məmmədov öz yaş qruplarında festivalın final mərhələsində iştirak etmək hüququ qazanıb.

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə mart ayında Göyçay şəhərində keçirilən "Məktəblilər arasında respublika çempionatı”nın proqramına daxil olan şahmat üzrə zona yarışında məktəblilərdən ibarət Oğuz komandası keçirdikləri 11 oyunun hamısında qalib gələrək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.

Bu ilin aprelində Şəki şəhərində keçirilmiş "Sərhəd” hərbi-idman oyununun zona mərhələsində iştirak edən Muxas kənd tam orta məktəbinin "Çənlibel” adlı komandası 1-ci yerə layiq görülərək respublika mərhələsinə vəsiqə əldə edib. Müasir təlim metodlarının tətbiqi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, məktəblərdə psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, məktəbin valideynlərlə və ictimaiyyətlə əlaqəsinin gücləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılmaqdadır.

Oğuz Rayon Gənclər və İdman İdarəsi də il ərzində uşaq, yeniyetmə və gənclərin ideya-siyasi, vətənpərvərlik, hüquqi, mənəvi, dini, estetik tərbiyəsi və təhsili, sosial müdafiəsi, fiziki inkişafı məsələlərini əhatə edən ümumi və ayrı-ayrı sahələr üzrə konkret iş planları hazırlayaraq bunlar əsasında fəaliyyət göstərir.

"Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq gənc nəslin vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması diqqətdə saxlanılır. Qeyd olunanlarla paralel gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi də davamlı xarakter daşıyır. İstedadlı gənclərin aşkar edilməsi, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, eyni zamanda kütləvi bədən tərbiyəsinin və idmanın inkişafına, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına xidmət edir.

Təsadüfi deyil ki, idarə tərəfindən 2019-cu ilin I rübü ərzində gənclərlə iş, təşkilati məsələlər və idman sahəsi üzrə 29 tədbir həyata keçirilib və bu tədbirlərdə 2370 nəfərə yaxın uşaq, yeniyetmə və gənc iştirak edib.

Əli SƏLİMOV,

"Azərbaycan”