Alternative content

12:28 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri “Live Life” sərgisi çərçivəsində yay təcrübəsi keçəcəklər
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri “Live Life” sərgisi çərçivəsində yay təcrübəsi keçəcəklər
ANA SƏHİFƏ / Təhsil
00:32 02.07.2019


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş "Live Life” beynəlxalq sərgi layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fərqlənmiş 30 tələbəsi iyulun 2-dən 6-dək Heydər Əliyev Mərkəzində yay təcrübəsi keçəcək.

AZƏRTAC xəbər verir ki, yay təcrübəsinin mövzusu "Live Life” sərgisinin ideyası ilə səsləşir və ətraf mühitin problemlərinə, təbiətin qorunmasına, incəsənətin bu sahədə roluna dair ictimaiyyətin maarifləndirilməsinə diqqət cəlb edilməsini nəzərdə tutur.

Yaradıcılıq layihəsi IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Mərkəzi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə keçirilir.

Yay təcrübəsində iştirak edən tələbələrə yaradıcılıq üçün zəruri olan baza dəstləri təqdim ediləcək.

İştirakçılardan hər biri 150 AZN məbləğində həvəsləndirici mükafat alacaq. Layihənin sonunda isə onların arasından üç qalib seçiləcək. Birinci yerin qalibi 500 AZN, ikinci və üçüncü yerləri tutanlar isə müvafiq olaraq 300 AZN və 200 AZN məbləğində pul mükafatları alacaqlar. Bütün iştirakçılara xatirə diplomları təqdim ediləcək.

Qeyd edək ki, "Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya, Heydər Əliyev Mərkəzinə gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiyada 200-dən çox əsər təqdim olunur.