01 Iyul 2019 14:20
446
CƏMİYYƏT
A- A+

Bu gündən müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb


"Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq, iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Nəsimi rayonundan olan çağırışçı gənclərin "Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli yolasalma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliklərinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, dövlət himni səsləndirilib.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən videoçarx nümayiş etdirilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi çıxışında Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xidmətlərindən danışıb. Qeyd edilib ki, gənclər ordu sıralarında şərəfli hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev həqiqi hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən, iyulun 1-də müddətli həqiqi hərbi xidmətə çağırış prosesi başlayıb. Ölkəmizin bütün bölgələrində gənclər sevinc hissi və təntənəli tədbirlərlə hərbi xidmətə yola salınırlar.

Çağırışçıların valideynləri adından çıxış edən Seyran Xalıqov gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.

Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Teymur Aslanov Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduqlarını bildirib.

Tədbirin bədii hissəsində mədəniyyət xadimləri vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.

Sonra gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs "Qurani-Kərim”in altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video