Alternative content

03:43 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib
Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib YENİLƏNIB
ANA SƏHİFƏ / İDMAN
00:03 01.07.2019

İyunun 30-da Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Dinamo Arena”da keçirilən bağlanış mərasimində Belarus, Rusiya, Tacikistan prezidentləri ilə yanaşı, Beynəlxalq və Avropa Olimpiya komitələrinin prezidentləri iştirak ediblər. Bundan başqa bir sıra ölkələrin nazirləri, o cümlədən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak ediblər.

Bağlanış mərasimi Belarusun dövlət himninin səslənməsi ilə başlayıb. Sonra iştirakçı dövlətlərin bayraqları gətirilib. Azərbaycanın keçidi zamanı bayraqdar II Avropa Oyunlarının qızıl mükafatçısı karateçi Asiman Qurbanlı olub. "Aura” qrupu ifasından sonra idmançıların paradı keçirilib. Daha sonra müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib və Belarusun simvolu olan Zubr nəhəng ekranda canlandırılıb. Yerli ifaçılar mahnılar ifa ediblər. Bu zaman idmanda vacib amillər olan yarışdan əvvəl, ikinci nəfəs, məşqçi, hörmət, yeni çağırış, könüllülər və qələbəni əks etdirən anlar nümayiş olunub. Daha sonra Avropa Olimpiya Komitəsinin bayrağı endirilib.

Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib. İkinci Avropa Oyunlarını dostluq və birlik bayramı adlandıran A.Lukaşenko bildirib ki, Avropanın milyonlarla insanının bir ailədə birləşdiyini gördük. Onun sözlərinə görə, Avropa Oyunlarında belaruslular böyük tədbirlərin keçirilməsinə necə qadir olduğunu göstərdi, öz qapılarını Avropanın üzünə açdı. 10 gün ərzində Minsk arenalarında isti münasibətlər oldu. Bu da dünyada sülhün davam etdirilməsi üçün vacib idi. A.Lukaşenko çıxışında idman yarışlarını operativ işıqlandıran jurnalistlərə, ədalətli olan hakimlərə, öz ölkələrini layiqincə təmsil edən idmançılara, ən böyük əziyyəti olan könüllülərə, azarkeşlərə təşəkkürünü bildirib. Qeyd edib ki, könüllülər bu müddət ərzində Minskdə qonaqlara, idmançılara köməkliyini əsirgəməyib. Onun sözlərinə görə, Prezident Administrasiyasına könüllülərin məlumat bankının yaradılması barədə tapşırıq verib.

"Ən kədərli andır, biz ikinci Avropa Oyunlarını bağlayırıq. Ancaq qoy bu Avropa Oyunlarının ömrü uzun olsun”, - deyə A.Lukaşenko çıxışını yekunlaşdırıb.

Sonra çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç bildirib ki, 10 gün ərzində möhtəşəm yarışın şahidi olub. Könüllər həqiqətən böyük işlər gördü. Dopinq məsələsinə ciddi nəzarət olundu. Y.Kosyançiç II Avropa Oyunlarını bağlı elan etdikdən sonra söz musiqiyə verilib.

Sonda II Avropa Oyunlarının məşəli söndürülüb.

Qeyd edək ki, iyunun 21-də start götürən ikinci Avropa Oyunlarında qitənin 50 ölkəsindən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan "Minsk 2019”da 82 idmançı ilə təmsil olunub. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışıb. Azərbaycan idmançıları bu mötəbər yarışda 28 (5-10-13) medal qazanaraq onuncu pillədə qərarlaşıb. İkinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri dörd il əvvəl olduğu kimi Rusiya komandası tutub. Rusiyalı atletlər ümumilikdə 109, o cümlədən 44 qızıl, 23 gümüş və 22 bürünc medal qazanıblar. Ev sahibi Belarus millisi 69 (24-16-29) medalla ikinci olub. Üçüncü yeri isə aktivində 51 medal (16-17-18) olan Ukrayna tutub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. "Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

Üçüncü Avropa Oyunların 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM