Alternative content

19:58 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İkinci Avropa Oyunları: 28 medal qazanan Azərbaycan millisi 10-cu yerdə qərarlaşıb
İkinci Avropa Oyunları: 28 medal qazanan Azərbaycan millisi 10-cu yerdə qərarlaşıb
ANA SƏHİFƏ / İDMAN
23:59 30.06.2019

Minskdə keçirilən ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Yarışın sonuncu günündə - iyunun 30-da 36 dəst medalın sahibləri müəyyənləşib. Azərbaycan millisi "Minsk 2019”un sonuncu günündə aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb. Gümüş medalları karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), yunan-Roma güləşi yarışında isə İslam Abbasov (87 kq) qazanıblar. Bürünc medala isə yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) sahib olub.

Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutub. Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibləri Belarus (24-16-29), üçüncü pillədə isə 51 medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar. İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM