Alternative content

03:44 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Minsk 2019”: Karateçimiz Rafael Ağayev Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb
“Minsk 2019”: Karateçimiz Rafael Ağayev Azərbaycanın aktivinə növbəti gümüş medalı yazdırıb
ANA SƏHİFƏ / İDMAN
19:55 30.06.2019

İyunun 30-da "Minsk 2019” ikinci Avropa Oyunlarında karate yarışlarının sonuncu görüşündə Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) finalda ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, görüşdə məğlub olan R.Ağayev ikinci Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb. Bu, Azərbaycan karateçilərinin "Minsk 2019”da beşinci medalı olub. Belə ki, bu görüşə qədər karateçilərimizdən Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq), Firdovsi Fərzəliyev (60 kq) gümüş, Roman Heydərov (kata) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, R.Ağayev qrup mərhələsindəki birinci görüşdə britaniyalı Co Kellaueyi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci qarşılaşmada türkiyəli Erman Eltemuru minimal hesabla məğlub edən karateçimiz sonuncu görüşdə macarıstanlı Qabor Harspataki ilə xalsız heç-heçə edib. Bununla da qrupu birinci sırada başa vuraraq yarımfinala yüksələn R.Ağayev finala vəsiqə uğrunda qarşılaşmada estoniyalı Pavel Artamonova 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, beşqat dünya, 11 dəfə Avropa çempionu olan Rəfael Ağayev iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. O, həmçinin "Bakı 2015” birinci Avropa Oyunlarının çempionu olub.

Beləliklə, "Minsk 2019” ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq komanda hesabında 10-cu yerdə qərarlaşıb. Medalların 5-i qızıl, 10-u gümüş, 13-ü isə bürüncdür.

Xatırladaq ki, üçüncü Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM