Alternative content

03:47 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa Oyunlarında uğurla çıxış etmiş sərbəst və qadın güləşçilərimiz Vətənə qayıdıblar
Avropa Oyunlarında uğurla çıxış etmiş sərbəst və qadın güləşçilərimiz Vətənə qayıdıblar
ANA SƏHİFƏ / İDMAN
16:58 30.06.2019
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında uğurlu çıxış etmiş sərbəst və qadın güləşi üzrə yığmalarımız iyunun 30-da Vətənə qayıdıblar.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında millilərimizin qarşılanma mərasimi təşkil olunub. Pəhləvanlarımızı Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, məşqçilər, yeniyetmə və gənc güləşçilər, idmançıların yaxınları, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları qarşılayıblar.

AGF-nin vitse-prezidenti Firdovsi Umudov idmançılarımızın uğurunu belə şərh edib: "Sərbəst güləşçilərimizin hamısı medal uğrunda mübarizə apardı. Onlardan beşi fəxri kürsüyə qalxdı. Komanda hesabında ikinci yeri tutduq. Avropa çempionatında qazanılan uğurun təsadüfi olmadığını sübut etdilər. Qadınlarımız isə bir dəst medal qazandı. Həm məşqçiləri, həm də güləşçiləri təbrik edirəm. Əzmkarlıq göstərib, sonadək mübarizə apardılar. Azərbaycan güləş ölkəsi olduğunu bir daha sübut etdi. Qazanılan qızıl medallar ümumi komanda hesabında ölkəmizin bir neçə pillə irəliləməsinə imkan verdi. Azərbaycanda idmana dövlət qayğısı var. Prezident İlham Əliyev hər zaman idmançıların yanındadır və dəstəyini əsirgəmir. Hədəfimiz Tokio Olimpiadasıdır”.

Sonra sərbəst güləş yığmamızın baş məşqçisi Saypulla Absaidov deyib: "Komandanın çıxışından razı qaldım. Avropa Oyunları dünya çempionatına hazırlığın bir parçası idi. Demək olar ki, əsas heyət müəyyənləşib. Ancaq bir-iki çəkini yenidən nəzərdən keçirməyi düşünürük. Güləşçilərimizin funksional hazırlığı qaydasındadır. Onlar fiziki cəhətdən, güc və sürətə görə heç bir rəqibdən geri qalmır”.

Avropa Oyunlarının qalibi Hacı Əliyev təəssüratlarını bölüşüb: "İlk növbədə, medal qazanan bütün idmançılarımızı təbrik edirəm. Şükürlər olsun, mən də Avropa Oyunlarının qalibi oldum. Finalda çox güclü rəqibə qalib gəldim. Son görüşə ertəsi gün çıxdığım üçün gücümü bərpa edə bildim. Finaldakı rəqibim Vladimir Xinceqaşviliyə bir neçə dəfə uduzmuşdum. Artıq ona qalib gəlməyin vaxtı idi. Doğru taktikanı seçib rahat qələbə qazandım. Əsas hədəf Tokio Olimpiadasıdır. Bunun üçün dünya çempionatında lisenziya qazanmaq lazımdır”.

Minskdə ölkəmizə ilk qızıl medalı qazandıran Mahir Əmiraslanov bunları deyib: "Qarşıma çempionluq hədəfi qoymuşdum. Çünki yaxşı təlim-məşq toplanışları keçmişdik, hazırlıq səviyyəmiz yüksək idi. Sevinirəm ki, hədəfə çatdım. Üzərimdə əziyyəti olan bütün məşqçilərə və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qələbəmi bütün əsgərlərə həsr edirəm. Mən də iyulun 1-dən hərbi xidmətə başlayacağam”.

Bir dəst medalla azarkeşləri sevindirən qadınlardan ibarət yığmamızın baş məşqçisi Aslan Ağayev komandanın çıxışını dəyərləndirib: "Minskdəki nəticələri uğurlu saya bilərəm. Çalışacağıq ki, medallarımızın sayı gələcəkdə daha çox olsun. Əlimizdən gələni edəcəyik ki, dünya çempionatında da uğurla çıxış edək. Tokio Olimpiadasından Vətənə medallarla qayıtmağa çalışacağıq”.

Sonda gümüş medalçı Elmira Qəmbərova bu fikirləri səsləndirib: "Çempion olmağı çox istəyirdim. Ancaq bu nəticə də məni sevindirir. İnşallah, növbəti yarışlarda birinci yeri tutaram. Hər idmançı çempion olmaq istəyir. Ancaq kim daha çox bunu arzulayırsa, o da qələbə qazanır”.

Xatırladaq ki, Avropa Oyunlarında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə millimiz komanda hesabında ikinci, 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edən qadınlardan ibarət yığmamız isə üçüncü yeri tutub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM