Alternative content

12:34 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESKO-nun baş direktoru Qobustan Milli Tarix-Bədii Qoruğunda olub
UNESKO-nun baş direktoru Qobustan Milli Tarix-Bədii Qoruğunda olub
ANA SƏHİFƏ / Təhsil
12:35 30.06.2019

Azərbaycanda səfərdə olan UNESKO-nun baş direktoru xanım Odre Azule iyunun 30-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaq qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıb.

Burada olmaqdan şərəf hissi duyduğunu bildirən O.Azule söyləyib ki, Qobustanın qədim tarixi vardır. İnsanların bu məkana qarşı xoş münasibətinin şahidi oldum.

Məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd edilib ki, Qobustan qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

Səfər çərçivəsində qonaq Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən qadınların əl işlərindən ibarət "Göz nuru, əl əməyi” adlı sərgi ilə tanış olub. Həmçinin təşkil olunan "Qavaldaş” adlı zərb çalğı alətlərinin müxtəlif növlərində ifalar dinləyib, "Uşaq və Gənclərin II Respublika Festivalı” Müsabiqəsində olub.

Qonaq Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.