30 Iyun 2019 09:45
499
SİYASƏT
A- A+

Milli Məclisin komitə sədri Moskvada beynəlxalq forumda iştirak edəcək


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Parlamentarizmin inkişafı” adlı II beynəlxalq forumda iştirak etmək üçün iyunun 30-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək. Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə "Beynəlxalq təhlükəsizlik: sülh və sabitlik üçün parlamentarilərin dialoqu”, "Qanun yaradıcılığı və rəqəmsal gələcəyin hüquqi əsasları”, "Parlamentlərarası əməkdaşlıq: prinsiplər və istiqamətlər” mövzularında müzakirələr aparılacaq.

Forum çərçivəsində yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasında hüquqi tənzimləmənin əhəmiyyəti, mediada saxta xəbərlərə qarşı mübarizə yolları, ekoloji qanunvericilik, parlamentarizmin inkişafında gənclərin rolu, beynəlxalq humanitar hüquq və bu sahədə parlamentlərarası əməkdaşlıq məsələlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək.

Deputatımız toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.

Səfər iyulun 3-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video