Alternative content

20:07 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İdmançılarımız daha 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar
İdmançılarımız daha 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
01:07 30.06.2019


İyunun 29-da - "Minsk 2019” II Avropa Oyunlarının doqquzuncu günündə Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qızıl medalları ölkəmizin aktivinə boksçumuz Loren Alfonso Domingez və karateçimiz Asiman Qurbanlı yazdırıblar.

II Avropa Oyunlarının doqquzuncu günündə atletlərimiz dörd növ - yunan-Roma güləşi, boks, karate və bədii gimnastika yarışlarında mübarizə aparıblar.

Boks yarışlarında 81 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz Loren Alfonso Domingez millimizin aktivinə dördüncü qızıl medalı yazdırıb. O, qızıl medal uğrunda görüşdə britaniyalı Bencamin Uittakerə 3:2 hesabı ilə qalib gəlib.

"Minsk 2019”da Azərbaycanın beşinci qızıl medalını karateçi Asiman Qurbanlı (+84 kq) qazanıb. Karateçimiz həlledici qarşılaşmada xorvatiyalı Andcela Kvesiç üzərində qələbə qazanıb. Kumite yarışlarında qadınların mübarizəsində 68 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Zaretska yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Kata yarışlarında çıxış edən Roman Heydərov isə üçüncü yeri tutub.

II Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarının ikinci günündə üç idmançımız mübarizəyə qoşulub. Güləşçilərimizdən İslam Abbasov (87 kq) yarımfinala vəsiqəni təmin edib. Bundan başqa, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabah Şəriəti dörddəbir finalda uduzsa da təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Oyunlarda 97 kiloqram çəki dərəcəsində yarışan Orxan Nuriyev isə ilk görüşdə uduzaraq mübarizəni səkkizdəbir finalda dayandırıb.

Beləliklə, "Minsk 2019”un doqquzuncu günündə Azərbaycan idmançıları 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Hazırda milli komandamız 5 qızıl, 7 gümüş və 12 bürünc medalla doqquzuncu sırada qərarlaşıb.

Hazırda II Avropa Oyunlarında medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyalı idmançıların aktivində 91 (39-18-34) medal var. İkinci yerdə Belarus 61 (22-14-25), üçüncü pillədə isə İtaliya 34 (11-13-10) yığmaları qərarlaşıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM